31/10/2016

"Sumqayıt" FK-nın akademiyasından 6 qələbə, 1 məğlubiyyət


Aşağı yaş komandaları arasında AFFA-nın təşkil etdiyi liqalarda ötən həftə və həftəsonu növbəti turun oyunlar keçirilib. U-16 komandamız son çempion "Qəbələ" ilə qarşılaşmada minimal hesablı qələbəyə sevinib. "Sumqayıt" FK U-15 "Mil-Muğan"ı 5:0, U-14 isə AZAL-ı 1:0 hesabı ilə məğlubiyyətə uğradıb.

Şimal zonasında mübarizə aparan aşağı yaş qruplarımız da həftəsonu keçirilən oyunlarda böyükhesablı qələbələr qazanıb. "Sumqayıt" FK U-13 "Sunami"ni 5:0, U-12 UGİM-2-ni 10:0, U-11 komandamız isə İOEUGİM-i 10:2 hesabı ilə üstələyib. Yalnız U-10 komandamız İOEUGİM-ə 5:7 hesabı ilə məğlub olub.

U-16 Liqa
"Sumqayıt" FK - "Qəbələ" 1:0
Xanbala Əlizadə.

U-15 Liqası
"Sumqayıt" FK - Mil-Muğan 5:0
Cavidan Abbaszadə (3), Fərhad Salamzadə, Nihad Əkbərzadə.

U-14 Liqası
"Sumqayıt" FK - AZAL 1:0
Cəmil Cavadzadə.

U-13 Liqası
"Sumqayıt" FK - Sunami 5:0
Fərid Muxtarov (2), Sənan Ağayev, Eltun Quliyev, Fərid Mehdiyev.

U-12 Liqası
"Sumqayıt" FK - UGİM-2 10:0
Rəşad Abbas (2), Qulamhüseyn Həsənov (2), Rəvan Əsgərzadə (2), İntiqam Seyidov, Kənan Hüseynli, Kənan Cavadlı, Nüsrət Fərzəli.

U-11 Liqası
"Sumqayıt" FK - İOEUGİM 10:2
Nihad Bayramov (3), Nihad Babayev (2), Cavidan Hacızadə, Rəvan Məşiyev, Namiq Məmmədzadə, İsmayıl Əliyev, Aqşin Ağayev,

U-10 Liqası
"Sumqayıt" FK - İOEUGİM 5:7
Cəsur Əliyev (2), Şükür Cəfərli, Özcan Hacızadə, Raul Əliyev.