29/11/2011

Ruslan Nəsirli het-trik edib


Bu gün «Dalğa Arena»da 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması «Neftçi» Peşəkar Futbol Klubunun U-19 komandası ilə qarşılaşıb. Oyun 3:1 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. Görüşdə “Sumqayıt” Futbol Klubunun hücumçusu Ruslan Nəsirli 3 qol vurub.

Qeyd edək ki, “Sumqayıt”ın 6 futbolçusu – Emil Balayev, Samir Yusifov, Sərxan Abbaslı, Orxan Əliyev, Ruslan Nəsirli və Şamil Cəmaləddinov hazırda millinin düşərgəsindədir.