25/10/2016

"Sumqayıt" FK "Qəbələ" ilə qarşılaşmadan heç-heçə ayrılıb


"Sumqayıt" - "Qəbələ" 2:2
25 oktyabr 2016. Saat 16:00. “Kapital Bank Arena”, 1250 tamaşaçı
Baş hakim: Rəhim Həsənov
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Cavanşir Yusifov
Dördüncü hakim: Azər Əsgərov
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Rövşən Əhmədov
Sarı vərəqələr: Bəxtiyar Həsənalızadə, 34 (qeyri-idman hərəkəti); Rail Məlikov, 40 (qeyri-idman hərəkəti) // Voislav Stankoviç, 58 (qeyri-idman hərəkəti); Ruslan Qurbanov, 68 (hakim qərarına etiraz); Sadiq Quliyev, 81 (qeyri-idman hərəkəti), 90+3 (qeyri-idman hərəkəti); Rafael Santos, 83 (qeyri-idman hərəkəti); Asif Məmmədov, 90+4 (hakim qərarına etiraz)
Qırmızı vərəqə: Sadiq Quliyev, 90+3
Qollar: Yusif Nəbiyev, 47; Amil Yunanov, 90+4 (p.) // Rəşad Eyubov, 64; Filip Ozobiç, 73
Artırılan vaxt: I hissədə 1 dəq.; II hissədə 4 dəq.

“Sumqayıt”
1. Fərhad Vəliyev
2. Rail Məlikov
3. Vurğun Hüseynov (k)
7. Vaqif Cavadov
(9. Amil Yunanov, 78)
10. Məhəmməd Qurbanov
(39. Tural Bayramlı, 71)
14. Bəxtiyar Həsənalızadə
(25. Ayaz Mehdiyev, 76)
19. Azər Salahlı
22. Mirabdulla Abbasov
24. Amit Quluzadə
74. Yusif Nəbiyev
97. Xəyal Nəcəfov

Ehtiyat oyunçular:
94. Tərlan Əhmədli
5. Seymur Əsədov
21. Nasır Abilayev
66. Afşin Esmaeilzadeh

Baş məşqçi: Samir Abasov

“Qəbələ”
22. Dmitri Bezotosnı (k)
3. Voislav Stankoviç
(30. Petar Franyiç, 60)
10. Ruslan Qurbanov
11. Asif Məmmədov
(14. Cavid Hüseynov, 83)
15. Vitali Vernidub
17. Məhəmməd Mirzəbəyov
19. Filip Ozobiç
20. Rikardinyo
32. Rəşad Eyubov
44. Rafael Santos
88. Tellur Mütəllimov
(39. Sadiq Quliyev, 61)

Ehtiyat oyunçular:
33. David Pietrzikeviç
8. Qismət Alıyev
21. Roman Hüseynov
34. Urfan Abbasov

Baş məşqçi: Roman Qriqorçuk

Topaz Premyer Liqasında 9-cu turun oyunları keçirilib. "Sumqayıt" Futbol Klubu "Kapital Bank Arena"da "Qəbələ" ilə qarşılaşıb. Maraqlı idman mübarizəsi şəraitində keçən görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Komandamızdan qolları Yusif Nəbiyev və Amil Yunanov vurub.

Samir Abasov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Sentyabrın 22-dəki "Qəbələ" səfərində məğlubiyyətindən sonra ay keçsə də, bu matç yadımızdan çıxmayıb. Oyuna çox ciddi hazırlaşmışdıq. Əsas hədəf o idi ki, meydanda rəqibə uduzmayaq, bunu da etdik".