19/10/2016

"Sumqayıt" FK "Qəbələ" ilə oyunun hazırlığına start verdi


Premyer Liqanın növbəti turunda "Qəbələ" ilə qarşılaşacaq "Sumqayıt" Futbol Klubu 2 günlük istirahəti başa vurub. Komandamız bu gün baş məşqçi Samir Abasovun rəhbərliyi altında axşam "Kapital Bank Arena"da hazırlığa başlayıb. Zədəli Mikayıl Rəhimovdan başqa komanda tam heyətlə hazırlaşıb. Məşqin ilk hissəsində fiziki hazırlığa önəm verən komanda daha sonra toplu çalışmalarla hazırlığı başa vurub.

Qeyd edək ki, "Sumqayıt" - "Qəbələ" oyunu oktyabrın 25-də keçiriləcək. Oyun saat 16:00-da "Kapita Bank Arena"da olacaq.