17/10/2016

"Sumqayıt" FK-nın akademiyasından 6 qələbə, 1 heç-heçə və 2 məğlubiyyət


Aşağı yaş komandaları arasında AFFA-nın təşkil etdiyi liqalarda ötən həftə və həftəsonu növbəti turun oyunlar keçirilib. Şimal zonasında mübarizə aparan U-10, U-11 komandalarımız "Sumqayıtspor"u 4:0, 6:0, U-12 komandamız "Həkəri"ni 4:0, U-13 komandamız "Məhəllə uşaqları"nı 3:0, U-14 komandamız isə "Neftçi" İK İB-nı 2:1 hesabı ilə məğlubiyyətə uğradıb.

Bundan başqa, paytaxt zonasında yarışan U-15 komandamız isə "Neftçi" İK İB ilə 0:0 hesablı heç-heçəyə imza atıb. U-16 komandamız isə səfərdə "Turan"ı 10:0 hesabı ilə məğlubiyyətə uğradıb.

Ötən həftə yalnız U-17 və U-19 üçün uğursuz alınıb. Belə ki, adıçəkilən komandalar "Bakı" və "Zirə" ilə görüşlərdə məğlubiyyətə uğrayıb.

Şimal zonası
U-10 Liqası
"Sumqayıtspor" - "Sumqayıt" 2:4
Rəvan Murtuzov, Renat Qurbanov, Cəsur Əliyev, Nazim Hüseynov.

U-11 Liqası
"Sumqayıt" - "Sumqayıtspor" 6:0
Ömər Velimətov (2), Nihad Əhmədzadə (2), Rüstəm Əliyev (2).

U-12 Liqası
"Sumqayıt" - "Həkəri" 4:0
Kənan Cavadlı (2), Qulamhüseyn Həsənov, Elnar Məmmədli.

U-13 Liqası
"Sumqayıt" - "Məhəllə uşaqları" 3:0
Fərid Muxtarov, Sənan Ağayev, Rəhman Məmmədov.

U-14 Liqası
"Sumqayıt" - "Neftçi" İK İB 2:1
Rüstəm Əliyev, Ertac Zehir.

U-15 Liqası
"Sumqayıt" - "Neftçi" İK İB 0:0

U-16 Liqası
"Turan" - "Sumqayıt" 0:10
Rüfət Abdullazadə (3), Səxavət Pirmuradov (2), Səbuhi Abdullazadə (2), İbrahim Novruzov, Qurban Hüseynov, Səid Əliyev.

U-17 Liqası
"Zirə" - "Sumqayıt" 3:1
Cavid Quliyev.

U-19 Liqası
"Zirə" - "Sumqayıt" 2:0