16/10/2016

"Sumqayıt" FK "Qarabağ"la qarşılaşmadan məğlub ayrılıb


"Qarabağ" - "Sumqayıt" 3:0
15 oktyabr 2016. Saat 18:30. “Azərsun Arena”, 500 tamaşaçı
Baş hakim: Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Zeynal Zeylanov, Rza Məmmədov
Dördüncü hakim: Namiq Hüseynov
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Ramil Diniyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Murad Məmmədov
Sarı vərəqələr: Reynaldo, 24 (qeyri-idman hərəkəti) // Yusif Nəbiyev, 41 (qeyri-idman hərəkəti)
Qollar: Migel Madera, 42; İlqar Qurbanov, 44; Dino Ndlovu, 90+3
Artırılan vaxt: I hissədə - yoxdur.; II hissədə 3 dəq.

“Qarabağ”
13. İbrahim Şehiç
5. Maksim Medvedev (k)
6. Dino Ndlovu
8. Migel Markos Madera
(15. Rahid Əmirquliyev, 80)
9. Reynaldo
(10. Muarem Muarem, 67)
18. İlqar Qurbanov
20. Riçard Almeyda
21. Arif Daşdəmirov
55. Bədavi Hüseynov
91. Coşqun Diniyev
(17. Namiq Ələsgərov, 80)
99. Dani Kintana

Ehtiyat oyunçular:
12. Şahruddin Məhəmmədəliyev
2. Qara Qarayev
11. Mahir Mədətov
25. Ansi Aqolli

Baş məşqçi: Qurban Qurbanov

“Sumqayıt”
1. Fərhad Vəliyev
2. Rail Məlikov
3. Vurğun Hüseynov (k)
5. Seymur Əsədov
7. Vaqif Cavadov
(9. Amil Yunanov, 59)
19. Azər Salahlı
22. Mirabdulla Abbasov
24. Amit Quluzadə
(21. Nasır Abilayev, 51)
25. Ayaz Mehdiyev
(11. İbrahim Abednezhad, 76)
66. Afşin Esmaeilzadeh
74. Yusif Nəbiyev

Ehtiyat oyunçular:
94. Tərlan Əhmədli
10. Məhəmməd Qurbanov
14. Bəxtiyar Həsənalızadə
42. Kamran Abdullazadə

Baş məşqçi: Samir Abasov

Topaz Premyer Liqasında 8-ci turun oyunları keçirilib. "Sumqayıt" Futbol Klubu səfərdə "Qarabağ"a məğlub olub.