28/12/2011

Tərlan Quliyev "Sumqayıt"da!


“Neftçi” Peşəkar Futbol Klubunun müdafiəçisi, 1992-ci il təvəllüdlü Tərlan Quliyev 01.01.2012-ci il tarixindən etibarən “Sumqayıt” Futbol Klubunda çıxış edəcək. Qarşılıqlı razılaşmaya görə mövsümün sonunadək icarə əsasında oynayacaq futbolçu komandamızda 3 nömrəli formanı geyinəcək. Tərlan eyni zamanda 21 yaşadək futbolçulardan ibarət milli komandamızın əsas heyət üzvüdür.