12/10/2016

Ceyhun Sultanov, Mübariz Orucov və Vüqar Quliyev A kateqoriyalı məşqçi kurslarına qatılıb


Bu gün AFFA-nın təşkilatçılığı ilə UEFA-nın A kateqoriyalı məşqçi kursunun birinci mərhələsinə start verilib. Bu mərhələyə oktyabrın 16-da yekun vurulacaq. "Sumqayıt" Futbol Klubunun Baş meneceri Ceyhun Sultanov, əvəzedici komandanın baş məşqçisi Mübariz Orucov və U-15 komandasının baş məşqçisi Vüqar Quliyev iştirak edir.