08/10/2016

"Sumqayıt" FK yoxlama oyununda "Neftçi"yə qalib gəlib


Premyer Liqada yaranmış fasilə ilə əlaqədar olaraq, "Sumqayıt" Futbol Klubu yoxlama oyunu keçirib. Komandamız "Neftçi" ilə qüvvəsini sınayıb. "Kapital Bank Arena"da baş tutan oyunda "Sumqayıt" FK 1:0 hesablı qələbə qazanıb. Komandamızdan yeganə qolu Süleyman Əhmədov vurub.