26/12/2011

Ruslan Nəsirli millinin heyətində fərqlənib


Bu gün «Dalğa Arena»da 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması «İnter» klubunun U-17 və U-19 komandalarının futbolçularından təşkil olunmuş komanda ilə yoxlama oyunu keçirib. Qarşılaşma 3:0 hesabı ilə yığmamızın xeyrinə başa çatıb.

Qeyd edək ki, “Sumqayıt Şəhər”in 6 futbolçusu – Emil Balayev, Samir Yusifov, Sərxan Abbaslı, Orxan Əliyev, Ruslan Nəsirli və Şamil Cəmaləddinov hazırda millinin düşərgəsindədir. Bu qarşılaşmada ilk qolu komandamızın hücumçusu Ruslan Nəsirli vurub. Fuad Bayramov və Ruslan Bədəlov isə digər iki qolun müəllifi olublar.