06/10/2016

"Sumqayıt" FK U-19 AZAL-ı, U-16 isə "Ağsu"nu məğlub edib


AFFA-nın təşkil etdiyi liqalarda növbəti turun oyunları keçirilib. "Sumqayıt" Futbol Klubunun 19 yaşadək futbolçulardan ibarət komandası doğma arenada AZAL-la qarşılaşıb və 4:0 hesabı ilə qələbə qazanıb. Bu oyunda komandamızdan qolları Asif Hacıyev (2), Vüsal Buludlu və Xəzər Məmmədov vurub.

U-16 Liqasında da növbəti turun oyunlar baş tutub. "Sumqayıt" FK-nın U-16 komandası "Ağsu" ilə qarşılaşıb və 2:0 hesabı ilə qələbə qazanıb. Komandamızdan Rüfət Abdullazadə və Asəf Əliyev fərqlənib.

U-19 Liqası
"Sumqayıt" - AZAL 4:0
Asif Hacıyev (2), Vüsal Buludlu və Xəzər Məmmədov.

U-16 Liqası
"Sumqayıt" - "Ağsu" 2:0
Rüfət Abdullazadə, Asəf Əliyev.