04/10/2016

Telman Salahov “Tərəqqi” medalı ilə mükafatlandırılıb


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında xidmətləri olan şəxsləri təltif edib. Təltif edilənlər arasında "Sumqayıt" Futbol Klubunun Müşahidə Şurasının üzvü, veteran futbolçu, əməkdar məşqçi, SSRİ idman ustası Telman Salahov da yer alıb.

"Sumqayıt" FK olaraq, Telman Salahovu təbrik edir, ona can sağlığı və uzun ömür arzulayırıq.