04/10/2016

"Sumqayıt" FK istirahəti başa vurub məşqlərə start verdi


Premyer Liqanın son turunda AZAL-la qarşılaşan (1:1) "Sumqayıt" Futbol Klubu 2 günlük istirahəti başa vurub. Komandamız bu gün baş məşqçi Samir Abasovun rəhbərliyi altında "Kapital Bank Arena"da məşqə çıxıb. Hazırlığın ilkin mərhələsində daha çox fiziki hazırlığa üstünlük verən "Sumqayıt" FK daha sonra toplu çalışmalarla məşqi tamamlayıb. 
Qeyd edək ki, Tərlan Əhmədli, Yusif Nəbiyev və Azər Salahlı U-21 millimizin heyətində olduğu üçün hazırlığa qatılmayıb.