03/10/2016

"Sumqayıt" FK-nın akademiyasından 4 qələbə, 1 heç-heçə və 2 məğlubiyyət


Aşağı yaş komandaları arasında AFFA-nın təşkil etdiyi liqalarda növbəti turun oyunları keçirilib. "Sumqayıt" FK-nın 17 yaşadək futbolçulardan ibarət komandası doğma arenada "İnter"li həmyaşıdları ilə qarşılaşıb və 0:3 hesabı ilə məğlub olub. Paytaxt zonasında mübarizə aparan "Sumqayır" FK U-15 səfərdə "Neftçi" PFK ilə qolsuz heç-heçəyə imza atıb. "Sumqayıt" FK U-14 isə "Xəzri Buzovna" üzərində texniki qələbəyə sevinib.

"Sumqayıt" FK U-13 "Təhsil"ə 0:4 hesabı ilə məğlub olub.

"Sumqayıt" FK U-12 "UGİM Xızı"nı 24:0, U-11, U-10 isə "UGİM-1"i 15:1 və 10:0 hesabı ilə üstələyib.

U-17 Liqası
"Sumqayıt" - "İnter" 0:3

U-15 Liqası
"Neftçi" - "Sumqayıt" 0:0

U-14 Liqası
"Sumqayıt" - "Xəzri" 3:0 (t.q)

U-13 Liqası
"Sumqayıt" - "Təhsil" 0:4

U-12 Liqası
"Sumqayıt" - UGİM (Xızı) 24:0
Qulamhüseyn Həsənov (6), Rəvan Əsgərzadə (4), Kənan Hüseynli (3), Murad Kərimli (2), Sənan Hüseynov (2), Kənan Cavadlı (2), Rəşad Abbasov, Elnar Məmmədli, Emil Mehdizadə, Murad Rüstəmov, İntiqam Seyidov

U-11 Liqası
"Sumqayıt" - UGİM-1 15:1
Namiq Məmmədzadə (4), Nihad Əhmədzadə (3), Rəvan Məşiyev (3), Cavidan Hacızadə, Aqşin Ağayev, Ömər Vəlimətov, İsmayıl Alıyev.

U-10 Liqası
"Sumqayıt" - UGİM-1 10:0
Renat Qurbanov (3), Fateh Feyyaz, Nazim Hüseynov, Emil Həsənov, Kazım Zülfüqarlı, Raul Əliyev, Cəsur Əliyev.