21/12/2011

Popoviç: “Uşaqlar sona qədər döyüşdülər və əzmkar qələbə qazanmağı bacardıq”


“Sumqayıt Şəhər” Unibank Premyer Liqasının XVIII turu çərçivəsində Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda “Turan” üzərində qələbə qazanaraq xallarının sayını 15-ə çatdırdı. Klubumuzun qapıçısı Andriy Popoviç Tovuz təmsilçisi ilə oyun barəsində fikirlərini bildirib: “Meydançanın istənilən vəziyyətdə olmaması və havanın küləkli olması hər iki komandanın oyununa maneçilik törətdi. Oyun ərzində bir neçə real qol vəziyyətimiz olsa da, erkən qol vura bilmədik. Lakin uşaqlar sona qədər döyüşdülər və əzmkar qələbə qazanmağı bacardıq. Yeni yaranmış komanda üçün qazanılan 15 xal düşünürəm ki, yaxşı nəticədir. Əsas odur ki, yeni ilə xoş əhval-ruhiyyə ilə gedirik. Fürsətdən istifadə edib Dünya Azərbaycanlılarını Həmrəylik Günü və Yeni il münasibəti ilə təbrik edirəm. Bayramınız mübarək”.