01/10/2016

"Sumqayıt" FK AZAL-la qarşılaşıb


"Sumqayıt" - AZAL 1:1
1 oktyabr 2016. Saat 17:00. “Kapital Bank Arena”, 1500 tamaşaçı
Baş hakim: İnqilab Məmmədov
Baş hakimin köməkçiləri: Elman Musayev, Vaqif Musayev
Dördüncü hakim: Azər Əsgərov
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Kərim Ağayev
Sarı vərəqələr: Vurğun Hüseynov, 25 (hakim qərarına etiraz); Vaqif Cavadov, 87 (hakim qərarına etiraz) // Emin Cəfərquliyev, 36 (qeyri-idman hərəkəti); Adan Koronado, 66 (qeyri-idman hərəkəti); Elnur Süleymanov, 78 (qeyri-idman hərəkəti); Aqil Məmmədov, 90 (oyunun bərpasını ləngitdiyinə görə)
Qollar: Mirabdulla Abbasov, 83 // İlqar Ələkbərov, 9
Artırılan vaxt: I hissədə 1 dəq.; II hissədə 3 dəq.

“Sumqayıt”
1. Fərhad Vəliyev
2. Rail Məlikov
3. Vurğun Hüseynov (k)
5. Seymur Əsədov
7. Vaqif Cavadov
9. Amil Yunanov
10. Məhəmməd Qurbanov
(22. Mirabdulla Abbasov, 38)
14. Bəxtiyar Həsənalızadə
(66. Afşin Esmaeilzadeh, 46)
19. Azər Salahlı
25. Ayaz Mehdiyev
74. Yusif Nəbiyev
(8. Nicat Muxtarov, 67)

Ehtiyat oyunçular:
94. Tərlan Əhmədli
17. Vaquf Güləliyev
24. Amit Quluzadə
42. Kamran Abdullazadə

Baş məşqçi: Samir Abasov

AZAL
23. Aqil Məmmədov
3. Tural Hümbətov
5. Kamil Hüseynov
18. Ruslan Əmircanov
24. Emin Cəfərquliyev (k)
7. Kamal Mirzəyev
(19. Elnur Süleymanov, 56)
14. İlqar Ələkbərov
10. Nuqzar Kvirtiya
11.Ruslan Nəsirli
(88. Mirzağa Hüseynpur, 73)
77. Adan Koronado
21. David Canelidze
(9. Röyal Nəcəfov, 76)

Ehtiyat oyunçular:

1. Rəşad Əzizli
4. Qvanzav Maqomedov
95. Şirməmməd Məmmədov
15. Brayn Fok

Baş məşqçi: Tərlan Əhmədov

Topaz Premyer Liqasında 7-ci turun oyunları keçirilib. "Sumqayıt" Futbol Klubu "Kapital Bank Arena"da AZAL-la 1:1 hesablı heç-heçəyə imza atıb.

Samir Abasov ("Sumqayıt" FK-nın baş məşqçisi):
"Oyunun sonunda qazandığımız xal qənimətdir. Birinci hissədə bərbad oynasaq da, sonradan özümüzə gəldik. Heç-heçə bizim üçün bu oyuna görə yaxşı nəticədir. Neçənci oyundu ki, ilk dəqiqələrdə qol buraxırıq. Bunun səbəbini bilmirəm. "Neftçi” ilə oyundan sonra yaxşı hazırlaşmışdıq".