29/09/2016

Azər Salahlı, Yusif Nəbiyev və Tərlan Əhmədli U-21 millimizə dəvət alıb


21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası 2016-cı il oktyabr ayının 2-dən 6-dək Frankfurt şəhərində təlim-məşq toplanışı keçəcək. Daha sonra yığmamız oktyabrın 7-də Finlandiya U-21 milli komandası ilə Helsinki şəhərində Avropa çempionatıbın seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxacaq. Bu səbəbdən "Sumqayıt" Futbol Klubunun 3 futbolçusu - Azər Salahlı, Yusif Nəbiyev və Tərlan Əhmədli millinin düşərgəsinə dəvət alıb.