29/09/2016

"Sumqayıt" FK-nın akademiyası mövsümə uğurlu nəticələrlə başladı


Aşağı yaş komandaları arasında AFFA-nın təşkil etdiyi liqalara start verilib. Artıq çempionatlarda I turun oyunları baş tutub. "Sumqayıt" Futbol Klubunun 19 yaşadək futbolçulardan ibarət komandası səfərdə "Kəpəz" üzərində 2:0 hesablı qələbə qazanıb. Komandamızdan qolları Vüsal Buludlu və Asif Hacıyev vurub.

U-19 komandamızla yanaşı, "Sumqayıt" FK-nın U-17 komandası da turu qələbə ilə başa vurub. Zaur Hidayətovun rəhbərlik etdiyi komanda "Neftçi" İSM-i 5:1 hesabı ilə üstələyib. Bu görüşdə Nurlan Fərəcli (2), Cavid Quliyev (2) və Elçin Həsənxanov fərlənib.

"Sumqayıt" FK U-14 komandası isə paytaxt birinciliyində "Təhsil"ə qarşılaşıb və 4:1 hesablı qələbə qazanıb. Qarşılaşmada Nəcəf Hacıyev, İlkin Kərimli, Rüstəm Hümbətov və Uğur Nağıyev fərqlənib.

Şimal regionunda mübarizə aparan "Sumqayıt" FK U-13 "Babək"i 7:0, U-12 "UGİM-1"i 6:2, U-11 isə "Xızı"nı 9:0 üstələyib.

"Sumqayıt" FK U-10 isə texniki qələbə alıb.

U-19 Liqası
"Kəpəz" - "Sumqayıt" 0:2
Vüsal Buludlu, Asif Hacıyev.

U-17 Liqası
"Neftçi" İSM - "Sumqayıt" 1:5
Nurlan Fərəcli (2), Cavid Quliyev (2), Elçin Həsənxanov.

U-14 Liqası
"Təhsil" - "Sumqayıt" 1:5
Nəcəf Hacıyev, İlkin Kərimli, Rüstəm Hümbətov, Uğur Nağıyev.

U-13 Liqası
"Babək" - "Sumqayıt" 0:7

Raiq Əbdülrəhmanlı (2), Rəhman Məmmədov (2), Süleyman Süleymanov, Nihat Quliyev.

U-12 Liqası
"Sumqayıt" - UGİM-1 5:2

Kənan Cavadlı (2), Elnar Məmmədli, Rəvan Əsgərzadə, Qulamhüseyn Əsgərov.

U-11 Liqası
"Sumqayıt" - "Xızı" 9:0

Namiq Məmmədov (3), Cavidan Hacızadə (2), Rəvan Məşiyev (2), İsmayıl Əliyev, Ömər Vəlimətov.