21/12/2011

11 futbolçumuz milli komandada


Dekabrın 23-dən 25-ə qədər Şağan Olimpiya İdman Kompleksində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının seleksiya xarakterli təlim-məşq toplanışı keçiriləcək. “Sumqayıt Şəhər” Peşəkar Futbol Klubunun Akademiyasının 5 futbolçusu – Samir Quliyev, Turan Təhməzov, Süleyman Piriyev, Bayram Nuruzadə və Xəqan Məmmədi yığmanın düşərgəsinə çağırılıb.

Dekabrın 22-dən 30-a qədər isə U-19-un Bakı şəhərində seleksiya xarakterli təlim-məşq toplanışı olacaq. Bu yaş qrupuna isə klubumuzun 6 futbolçusu – Emil Balayev, Samir Yusifov, Sərxan Abbaslı, Orxan Əliyev, Ruslan Nəsirli və Şamil Cəmaləddinov çağırılıb.