21/12/2011

Orxan Əliyev - 16!


Bu gün “Sumqayıt Şəhər” Peşəkar Futbol Klubunun hücumçusu Orxan Əliyevin 16 yaşı tamam olur. Azərbaycan Premyer Liqasının ən gənc futbolçusunu kollektivimiz adından doğum günü münasibətilə təbrik edir, ona mənalı həyat və gələcək karyerasında uğurlar arzu edirik. Qoy bu uğurların içində “Sumqayıt Şəhər”imizin də uğurları yer alsın. Ad günün mübarək!