18/09/2016

"Sumqayıt" FK "Kəpəz"lə heç-heçə edib


"Sumqayıt" - "Kəpəz" 1:1
18 sentyabr 2016. Saat 18:00. “Kapital Bank Arena”, 1320 tamaşaçı
Baş hakim: Rəhim Həsənov
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Nahid Əliyev
Dördüncü hakim: Rahil Ramazanov
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Kərim Ağayev
Sarı vərəqələr: Afşin Esmailzadeh, 71 (qeyri-idman hərəkəti); Yusif Nəbiyev, 74 (qeyri-idman hərəkəti) // Renan Silva, 40 (qeyri-idman hərəkəti); Serjio Kosta, 56 (hakimi aldatmağa cəhd); Tural Axundov, 85 (qeyri-idman hərəkəti)
Qollar: Vaqif Cavadov, 69 // Kərim Diniyev, 73
Artırılan vaxt: I hissədə 1 dəq.; II hissədə 3 dəq.

“Sumqayıt”
1. Fərhad Vəliyev
14. Bəxtiyar Həsənalızadə
3. Vurğun Hüseynov (k)
7. Vaqif Cavadov
8. Nicat Muxtarov
(10. Məhəmməd Qurbanov, 41)
11. İbrahim Abednezhad
(66. Afşin Esmaeilzadeh, 62)
19. Azər Salahlı
22. Mirabdulla Abbasov
(5. Seymur Əsədov, 76)
24. Amit Quluzadə
25. Ayaz Mehdiyev
74. Yusif Nəbiyev

Ehtiyat oyunçular:
94. Tərlan Əhmədli
9. Amil Yunanov
2. Rail Məlikov
18. Süleyman Əhmədov

Baş məşqçi: Samir Abasov

“Kəpəz”
88. Tadas Simaitis
18. Tural Axundov (k)
15. Azad Kərimov
36. Renan Silva
13. Şəhriyar Rəhimov
5. Kərim Diniyev
7. Vüqar Bəybalayev
(6. Ceyhun Cavadov, 84)
10. Dario Federiko
17. Nicat Qurbanov
(80. Tural Rzayev, 68)
77. Serjio Kosta
(9. Tural Qürbətov, 88)
90. Julien Ebah

Ehtiyat oyunçular:
30. Davud Kərimi
25. Şəhriyar Əliyev
21. Novruz Məmmədov
4. Qaraxan Əliyev

Baş məşqçi: Şahin Diniyev

Topaz Premyer Liqasında 5-ci turun oyunları keçirilib. "Sumqayıt" Futbol Klubu "Kapital Bank Arena"da "Kəpəz"lə qarşılaşıb. Oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Samir Abasov ("Sumqayıt" FK-nın baş məşqçisi): "İlk hissədən çox narahat idim. Amma birinci 45 dəqiqədə daha yaxşı oynadığəmızı düşünürəm. Düşmənimə də arzulamaram ki, bu cür kuryoz qol buraxsın. Oyuna nəzarət tərəfimizdə idi, hesabda öndə idik. Təəssüf ki, sabitlik çatışmır komandada. Bu da futbolçuların yaşı və təcrübəsi ilə əlaqədardır. İnanırıq ki, əlimizdəki resurslarla ən yaxşısını edə biləcəyik".