18/09/2016

Seymur Əsədov "Sumqayıt" FK-da çıxış edəcək


"Sumqayıt" Futbol Klubu AZAL-da çıxış etmiş Seymur Əsədovu heyətinə qatıb. 1994-cü il təvəllüdlü futbolçu komandamızla 2 illik müqavilə imzalayıb. Əsədov "Sumqayıt" FK-da 5 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Seymur Əsədov U-21 millimizin üzvüdür.