09/09/2016

"Sumqayıt" FK "İnter"lə oyunun hazırlığını davam etdirir


Həftəsonu "İnter"lə qarşılaşacaq "Sumqayıt" Futbol Klubu hazırlığını davam etdirir. Komanda Samir Abasovun rəhbərliyi altında "Kapital Bank Arena"da axşam məşqində daha çox toplu çalışmalara üstünlük verib. Əməliyyatdan sonra bərpa prosesini keçən Maqomed Kurbanov da artıq kollektivə qoşulub. Bundan başqa, əvəzedici komandanın üzvləri - Tural Bayramlı və Süleyman Əhmədiv da əsas komanda ilə birlikdə çalışıb.

Qeyd edək ki, "Sumqayıt" - "İnter" oyunu sentyabrın 11-də "Kapital Bank Arena"da keçiriləcək. Qarşılaşma saat 20:30-da başlayacaq.