02/09/2016

Xatirə turnirinin mükafatçıları "Sumqayıt" FK-nın məşqində iştirak edib


Xəbər verdiyimiz kimi, Sumqayıtda 2007-2008-ci il təvəllüdlü futbolçular arasında Azərbaycanın əməkdar məşqçisi Tofiq Rzayevin xatirəsinə həsr edilmiş xatirə turniri keçirilib. Turnirin mükafatçıları dünən axşam "Kapital Bank Arena"da baş tutan "Sumqayıt" Futbol Klubunun məşqinə qatılıb. Əvvəlcə komandamızın üzvləri mükafatçıları alqışlarla qarşılayıb. Ardından "Sumqayıt" FK-nın baş məşqçisi Samir Abasov qalib kapitanlara komanda adından hədiyyəsini təqdim edib. Daha sonra turnir iştirakçıları əsas komanda meydançada birlikdə məşq edib. Yekunda xatirə şəkli çəkdirilib.