01/09/2016

Tofiq Rzayevin xatirəsinə həsr edilmiş turnir keçirilib


Şimal Regional Futbol Federasiyası, Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 2007-2008-ci il təvəllüdlü futbolçular arasında Azərbaycanın əməkdar məşqçisi Tofiq Rzayevin xatirəsinə həsr edilmiş xatirə turniri keçirilib. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda 12 komandanın iştirakı ilə baş tutan yarış 2 gün müddətində davam edib. Bu gün turnirin həlledici görüşləri keçirilib. Nəticəyə əsasən, İOEUGİM 1-ci, "Vətən" 2-ci, "Sumqayıt" FK isə 3-cü yeri tutub.