30/08/2016

Əvəzedicilərimiz "Şahdağ"la, U-17 komandamız isə "İnter"lə qarşılaşıb


Çempionatda yaranmış fasilə ilə əlaqədar "Sumqayıt" Futbol Klubunun əvəzediciləri yoxlama oyunu keçirib. Mübariz Orucovun rəhbərlik etdiyi komanda "Şahdağ"la üz-üzə gəlib. Qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb. "Sumqayıt" FK-dan qolları Elvin Nəsibov və Tural Bayramlı vurub.

Bundan başqa, "Sumqayıt" Futbol Klubunun 17 yaşadək futbolçulardan ibarət komandası da yeni mövsümə hazırlıq məqsədi ilə yoxlama oyunu keçirib. Komandamız "İnter"lə qarşılaşıb və 2:1 hesablı qələbə qazanıb. Bu görüşdə komandamızdan qolları Cavid Quliyev və Elçin Həsənxanov vurub.