20/12/2011

“Sumqayıt Şəhər” qış fasiləsinə qələbə ilə yollandı


"Sumqayıt Şəhər" – "Turan" 1:0
20 dekabr 2011. Saat 14:00. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. 500 tamaşaçı
Baş hakim: Rövşən Əhmədov
Baş hakimin köməkçiləri: İlham Əliyev, Zeynal Zeynalov
Dördüncü hakim: Rəhim Həsənov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Əmir Zamanov
Sarı vərəqələr: Abdulla Abatsiyev, 51 (hakimin qərarına etiraz); Ramil Həşimzadə, 60 (rəqibə qarşı kobud oyun) // Məhərrəm Müslümzadə, 26 (hakimin qərarına etiraz); 68 (rəqibə qarşı kobud oyun); Zura Dzamsaşvili, 54 (rəqibə qarşı kobud oyun); Seymur Tağıyev, 63 (rəqibi əllə tutduğuna görə); Ramal Hüseynov, 71 (hakimin qərarına etiraz)
Qırmızı vərəqə: Məhərrəm Müslümzadə, 68 (rəqibə qarşı kobud oyun)
Qol: Samir Abasov, 70
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.

“Sumqayıt Şəhər”
55. Andrey Popoviç
4. Samir Abasov (k)
16. Hacı Əhmədov
20. Timur İsrafilov
22. Ruslan Tağızadə
52. Bədavi Hüseynov
47. Abdulla Abatsiyev
7. Mahmud Qurbanov
(10. Eşqin Quliyev, 81)
9. Orxan Həsənov
(8. Emin Mustafayev, 57)
27. Ramil Həşimzadə
(70. Şamil Camaləddinov, 87)
11. Kamil Nurəhmədov

Ehtiyat oyunçular:
1. Emil Balayev
50. Samir Abdulov
15. Aleksandr Qross
2. Sıavik Alxasov

Baş məşqçi: Bernhard Raab

“Turan”
1. Anar Nəzirov
4. Seymur Tağıyev
9. Yasin Abbasov
14. Aleksandr Qoqoberişvili
18. Hafiz Əliyev
20. Azər Məmmədov
21. Rəşad Orucov
22. Məhərrəm Müslümzadə
27. Zura Dzamsaşvili
19. Ruslan Abbasov
(17. Rəşad Piriyev, 79)
7. Ramal Hüseynov (k)

Ehtiyat oyunçular:
12. Natiq Səhrətov
8. Akif Tağıyev
16. Orxan İsmayılov
28. Tuqay Alhüseynli
11. Georgi Beriaşvili

Baş məşqçi: Əsgər Abdullayev

Mehdi Hüseynzadə adına Sumqayıt Şəhər stadionunda keçirdiyi son oyununda “Kəpəz” üzərində böyükhesablı qələbə qazanan (4:1) “Sumqayıt Şəhər” bu dəfə doğma arenada “Turan”ı qəbul edirdi. Oyunda ilk 10 dəqiqə daha çox kəşfiyyat xarakteri daşıdı. Qarşılaşmada ilk real qol vəziyyəti 15-ci dəqiqədə baş verdi. Meydanın mərkəzindən ötürmə alan Yasin Abasov qapıçı Andriy Popoviçdən sıyrılsa da, onun vurduğu zərbənin qarşısını Hacı Əhmədov kəsdi. Bir qədər sonra Yasinin zərbəsi qapı tirinə tuş gəldi. Birinci hissənin sonlarına yaxın Kamil Nurəhmədov fərqlənməyə yaxın olsa da, qonaqların qolkiperi Anar Nəzirov inamlı oyunu ilə diqqət mərkəzinə düşdü. 
İkinci hissəyə “Sumqayıt Şəhər” daha sürətli başladı. Meydanın mərkəzini ələ keçirən komandamız uzun ötürmələrlə rəqibin cərimə meydançasına daxil olmağa çalışırdı. Qarşılaşmanın 68-ci dəqiqəsində “Turan” meydanda azlıqda qaldı. Məhərrəm Müslümzadə Abdulla Abatsıyevə qarşı kobud oynayaraq ikinci sarı vərəqənin ardından qırmızı vərəqə ilə cəzalandırılaraq meydandan qovuldu. Emin Mustafayevin yerinə yetirdiyi cərimə zərbəsindən sonra kapitanımız Samir Abasov başla topu tora qovuşdurdu. Bu epizoddan bir qədər sonra Kamil Nurəhmədov əlverişli vəziyyətdən yararlana bilmədi. Qarşılaşmanın son dəqiqələrində Tovuz təmsilçisi hesabı bərabərləşdirə bilərdi. Hafiz Əliyevin vurduğu zərbədən sonra Popoviç topu çətinliklə də olsun tutmağı bacardı.
Bu qələbə ilə “Sumqayıt Şəhər” qış fasiləsinə 15 xalla yollandı.

Bernhard Raab (“Sumqayıt Şəhər”in baş məşqçisi): “Meydanın ot örtüyü komandalara baxımlı oyun göstərməyə imkan vermədi. Heç bir komanda qələbəyə layiq oyun göstərmədi. Qolu vurana qədər pis oynadıq, fərqlənəndən sonra isə daha yaxşı oynadıq. Son iyirmi dəqiqəni rəqib azlıqda oynadı. İkinci qolu da rəqib qapısından keçirə bilərdik, lakin imkandan yararlana bilmədik. Müdafiənin ilk hissədə göstərdiyi oyun məni qane etmədi. Bəxtimiz gətirdi ki, “Turan” bir neçə qol imkanından istifadə edə bilmədi. Qış fasiləsindən öncə qalib gəlmək vacib idi”.

Əsgər Abdullayev (“Turan”ın baş məşqçisi): “Bugünkü oyunda yaratdığımız qol imkanları bir neçə oyuna bəs edərdi. Təəssüf ki, ustalıq səviyyəsi çatışmırdı. Qalib gəlməli olduğumuz oyunda məğlub olduq. “Turan”dakı vəziyyət hamıya məlumdur. Bu mövsüm artıq neçənci dəfədir ki, heyəti dəyişirik. Buna öyrəşmək üçün zamana ehtiyacımız var”.