08/08/2016

Tural Bayramlı və Əli Əliyev U-19 millisinə dəvət alıb


Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət komandası 2016-cı il avqustun 14-dən 23-dək Bakı şəhərində təlim-məşq toplanışı keçirəcək. Bu səbəbdən "Sumqayıt" Futbol Klubunun 2 üzvü - Tural Bayramlı və Əli Əliyev U-19 millisinə dəvət alıb.

Bundan başqa, akademiyamızın digər üzvü Emil Rzayev isə U-17 millimizlə Qazaxıstanın Şımkend şəhərində beynəlxalq turnirdə iştirak edir.