06/08/2016

"Sumqayıt" FK 2016/2017 mövsümünə səfərdə "Zirə" üzərində qələbə ilə başladı


"Zirə" - "Sumqayıt" 0:1
6 avqust 2016. Saat 20:00. Zirə İdman Kompleksinin stadionu, 1000 tamaşaçı
Baş hakim: Orxan Məmmədov
Baş hakimin köməkçiləri: Yaşar Abbasov, Mehman Mahmudov
Dördüncü hakim: Rövşən Rəcəbov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Ömər Paşayev
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Füzuli Nəcəfov
Sarı vərəqələr: Vüqar Mustafayev, 85 (qeyri-idman hərəkəti) // Amil Yunanov, 79 (qeyri-idman hərəkəti); Amit Quluzadə, 86 (qeyri-idman hərəkəti)
Qollar: Vaqif Cavadov, 75
Artırılan vaxt: I hissədə 1 dəq.; II hissədə 4 dəq.

“Zirə”
1. Anar Nəzirov
18. Tural Cəlilov
(99. Yasin Həmid, 87)
23. Yovan Krneta
44. Migel Lorenso
13. Aleksandr Şemonayev
8. Milan Duriç
6. Vüqar Mustafayev
7. Gerhard Proqni
28. Təmkin Xəlilzadə
(17. Vüsal İsgəndərli, 80)
10. Elvin Məmmədov (k)
19. Nurlan Novruzov
(21. Murad Səttarlı, 70)

Ehtiyat oyunçular:
85. Kamal Bayramov
5. Adil Nağıyev
96. Elgün Nəbiyev
77. Yamin Ağakərimzadə

Baş məşqçi: Adil Şükürov

“Sumqayıt”
1. Fərhad Vəliyev
2. Rail Məlikov
3. Vurğun Hüseynov (k)
7. Vaqif Cavadov
8. Nicat Muxtarov
(22. Mirabdulla Abbasov, 87)
9. Amil Yunanov
11. İbrahim Abednezhad
(97. Xəyal Nəcəfov, 61)
19. Azər Salahlı
24. Amit Quluzadə
25. Ayaz Mehdiyev
(17. Vaquf Güləliyev, 82)
74. Yusif Nəbiyev

Ehtiyat oyunçular:
94. Tərlan Əhmədli
18. Süleyman Əhmədov
39. Tural Bayramlı
42. Kamran Abdullazadə

Baş məşqçi: Samir Abasov

Topaz Premyer Liqasında 2016/2017 mövsümünə start veilib. "Sumqayıt" Futbol Klubu cari mövsüm üçün ilk oyununu səfərdə "Zirə"yə qarşı keçirib. Samir Abasovun rəhbərlik etdiyi komanda bu qarşılaşmada inamlı futbol nümayiş etdirərək minimal hesablı qələbə qazanıb. Komandamızdan yegan qolu 75-ci dəqiqədə Vaqif Cavadov vurub.

Samir Abasov ("Sumqayıt" FK-nın baş məşqçisi): “İlk matçımız idi və səfərdə çıxış edirdik. Uşaqlar ürəklə oynadılar. Hamı bacardığından artığını etdi. Amma bütün oyunlarımızın belə olacağnı deyə bilmərəm. Komanda istəkli idi, futbolçular meydanda can qoydular”.