03/08/2016

"Sumqayıt" FK 2 futbolçu ilə müqavilə imzalayıb


Topaz Premyer Liqasının 2016/2017 mövsümünə hazırlaşan "Sumqayıt" Futbol Klubu heyətini gücləndirib. Komandamız İran Pro-liqasında çıxış edən "Traktorsazi" və "Perspolis" klublarının sabiq futbolçuları, əslən azərbaycanlı olan İbrahim Abidnejad və Əfşin İsmailzadə ilə iki illik müqavilə imzalayıb.