25/07/2016

"Sumqayıt" FK "Giresunspor"la yoxlama oyunu keçirib


Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sumqayıt” Futbol Klubu qonşu ölkədə son yoxlama oyununu keçirib. Komandamız PTT 1-ci liqa təmsilçisi "Giresunspor"la qarşılaşıb. Maraqlı idman mübarizəsi şəraitində keçən görüşdə "Sumqayıt" FK meydanı 1:2 hesabı ilə məğlub tərk edib. Bu oyunda komandamızdan yeganə qolu Mirabdulla Abbasov vurub. Qeyd edək ki, "Giresunspor" son olaraq PTT 1-ci liqada 7-ci pilləni tutub.

Nəzərinizə çtdıraq ki, "Sumqayıt" FK sabah səhər saatlarında Bolunu tərk edərək vətənə yola düşəcək.