20/07/2016

"Sumqayıt" FK Kutaisi "Torpedo"su ilə heç-heçə edib


Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sumqayıt” Futbol Klubu növbəti yoxlama oyununu keçirib. Samir Abasovun rəhbərlik etdiyi komanda Gürcüstan təmsilçisi Kutaisi "Torpedo"su ilə üz-üzə gəlib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Komandamızdan yeganə qolu hazırda düşərgədə baxışda olan cənubi azərbaycanlı futbolçu vurub.

"Sumqayıt" FK Bolu da son yoxlama oyununu iyulun 25-də keçirəcək.