21/08/2011

Əvəzedicilər “Neftçi” ilə qarşılaşıb


Əvəzedici komandalar arasında XX Azərbaycan çempionatında III turun oyunları keçirilib. "Sumqayıt Şəhər"in əvəzediciləri “Neftçi” ilə keçirilmiş görüşdən 0:2 hesablı məğlubiyyətlə ayrılıb.

Vaqif Paşayev ("Sumqayıt Şəhər"in əvəzedicilərinin baş məşqçisi): “Neftçi”nin əvəzedici komandası artıq xeyli müddətdir ki, bir yerdə oynayırlar. Onlar tam hazır komandadır. Bizim kollektiv isə yeni qurulub, bu səbəbdən futbolçuların oyun praktikasında çatışmamazlıqlar var. Qapımızdan buraxdığımız hər iki topda qapıçının səhvi var idi. İkinci hissədə nisbətən yaxşı oynadıq. Hətta rəqibin qapısı qarşısında iki-üç dəfə real qol vəziyyəti yaratsaq da, bundan istifadə edə bilmədik”.