18/07/2016

"Sumqayıt" FK "Adana Demirspor"la qarşılaşıb


Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sumqayıt” Futbol Klubu növbəti yoxlama oyununu keçirib. Samir Abasobun yetirmələri xəbər verdiyimiz kimi Türkiyə 1-ci liqa təmsilçisi "Adana Demirspor"la qarşılaşıb. Qızılcahamamda baş tutan görüş 0:0 hesablı heç-heçə ilə yekunlaşıb.

"Sumqayıt" FK təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu iyulun 20-də keçirəcək.