18/07/2016

Əvəzedicilərimiz Gürcüstan təmsilçisini 2-ci dəfə məğlub edib


Zaqatalada təlim-məşq toplanışını davam etdirən "Sumqayıt" Futbol Klubunun əvəzediciləri yoxlama oyunu keçirmək üçün Gürcüstana yola düşüb. Əvvəlcədən xəbər verdiyimiz kimi, dünən qonşu ölkə təmsilçisi "Hereti Laqodexi" klubunu 6:0 hesabı ilə üstələyən Rövşən Babayevin komandası bir gün sonra adıçəkilən klubla daha bir yoxlama oyunu keçirib. "Sumqayıt" FK bu dəfə də rəqibindən üstün olub 4:0. Bu qarşılaşmada komandamızdan qolları Emil Həsənzadə (2), Xanlar Teymurov və Sahib Cümşüdov vurub.

Bu qarşılaşmadan sonra əvəzedicilərimiz Gürcüstandan ayrılaraq təlim-məşq toplanışını davam etdirmək üçün Zaqatalaya yola düşüb.