16/07/2016

"Sumqayıt" FK-nın Bolu gündəliyi 5-ci gün


Xəbər verdiyimiz kimi, 2 həftəlik Boluya təlim-məşq toplanışına yollanan "Sumqayıt" Futbol Klubu hazırlığını davam etdirir. Komandamız bu gün 1 məşqlə kifayətlənib. Yerli vaxtla saat 18:00-da start götürən hazırlıq prosesində baş məşqçi Samir Abasov taktiki çalışmalara üstünlük verib. Dünən "Al Khaleej" klubu ilə yoxlama matçında zədələnən Mikayıl Rəhimov məşqdə iştirak etməyib. 

"Sumqayıt" FK sabah 2 məşq əsnasında günü tamamlayacaq. Komandamız saat 10:30 və 18:00-da meydana çıxacaq.