16/07/2016

"Sumqayıt" FK-nın əvəzediciləri Gürcüstan təmsilçisi ilə qarşılaşacaq


"Sumqayıt" Futbol Klubunun əsas komandası kimi əvəzedici komandası da 2016/2017 futbol mövsümünə hazırlığını davam etdirir. Rövşən Babayevin rəhbərlik etdiyi komanda yeni mövsüm üçün Zaqatalada təlim-məşq toplanışı keçir. Zaqatala Olimpiya Kompleksində məskunlaşan əvəzedicilərimiz hazırlıq prosesi dövründə bir neçə yoxlama oyunu keçirəcək. Komandamız bu gün və sabah Gürcüstanın aşağı liqa təmsilçisi "Hereti Laqodexi" klubu ilə üz-üzə gələcək. İlk görüş Bakı vaxtı ilə saat 18:30-da başlayacaq. İkinci görüş isə bir gün sonra saat 11:00-da olacaq.