15/07/2016

“Sumqayıt” FK "Al Khaleej" klubu ilə yoxlama oyunu keçirib


Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sumqayıt” Futbol Klubu qonşu ölkədə ilk yoxlama oyununu keçirib. Komandamızın ilk rəqibi əvvəlcədən məlumat verdiyimiz kimi Səudiyyə Ərəbistan təmsilçisi "Al Khaleej" klubu olub. Maraqlı idman mübarizəsi şəraitində keçən görüş ərəblərin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qarşılaşmada komandamızdan yeganə qolu hazırda düşərgədə baxışda olan cənubi azərbaycanlı futbolçu vurub.

"Sumqayıt" FK növbəti yoxlama matçını iyulun 18-də keçirəcək. Rəqib barəsində məlumat veriləcək.