12/07/2016

“Sumqayıt” FK Boluda ilk məşqinə çıxıb


Xəbər verdiyimiz kimi, “Sumqayıt” Futbol Klubu bu gündən etibarən Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışına start verib. Samir Abasovun rəhbərlik etdiyi komanda axşam saatlarında qonşu ölkədə ilk məşqinə çıxıb. Məşqin əvvəlində daha çox fiziki hazırlıq üzərində çalışan komanda daha sonra qısa ötürmələr və 3 qrupa bölünərək oyunla hazırlığı yekunlaşdırıb. "Sumqayıt" FK sabah Boluda 2 məşqə çıxacaq.