12/07/2016

“Sumqayıt” FK Türkiyəyə yola düşüb


Mövsümlərarası fasilədə hazırlığın birinci mərhələsini başa vuran "Sumqayıt" Futbol Klubu təlim-məşq toplanışının növbəti mərhələsini Türkiyənin Bolu bölgəsində keçirmək üçün qonşu ölkəyə yola düşüb. Komandamız səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanından adıçəkilən bölgəyə yollanıb. Yerli vaxtla saat 13:00-da Boluya çatan komandamız xəbər verdiyimiz kimi "VON Resort Hotel"də məşkunlaşıb. “Sumqayıt” FK bu gündən etibarən qonşu ölkədə 2 həftəlik təlim-məşq toplanışına start verəcək. Komandamız Boluda olduğu müddətdə 4 yoxlama oyunu keçirməyi planlaşdırır. Rəqiblər barəsində klubun rəsmi internet səhifəsində açıqlama veriləcək.