11/07/2016

"Sumqayıt" FK-nın U-10 komandası turnirin qalibi adını qazanıb


Sumqayıt şəhəri Mehdi Hüseynzadə adına stadionun 50 illik yubileyi münasibəti ilə 2006-2007-ci il təvəllüdlü futbolçular arasında futbol turniri keçirilib. "Sumqayıt" Futbol Klubunun 10 yaşlılardan ibarət komandası yarışın qalibi adını qazanıb. Komandamız həlledici görüşdə İOEUGİM-i məğlubiyyətə uğradıb. Qeyd edək ki, "Sumqayıt" FK U-10 komandasının qolkiperi İslam Səmədov turnirin ən yaxşı qapıçısı, Rəvan Şəmsiyyev isə ən sərrast futbolçu adını qazanıb (10 qol).