10/07/2016

"Sumqayıt" FK Türkiyəyə təlim-məşq toplanışına yollanacaq


"Sumqayıt" Futbol Klubu 2016/2017 futbol mövsümü üçün hazırlığın birinci mərhələsini başa vurub. Bir günlük istirahətin ardından Samir Abasovun rəhbərlik etdiyi komanda iyulun 12-də hazırlığın 2-ci mərhələsi üçün qonşu Türkiyəyə yola düşəcək. Komandamız iyulun 26-dək Bolu bölgəsində təlim-məşq toplanışı keçəcək. "Sumqayıt" FK Türkiyədə 4 yoxlama matçı keçirməyi planlaşdırır. Rəqiblər barəsində klubun rəsmi saytında açıqlama veriləcək. Komanda Bolunun VON Hotelində məskunlaşacaq.