10/07/2016

"Sumqayıt" FK "Zirə" ilə qarşılaşıb


"Sumqayıt" Futbol Klubu 2016/2017 futbol mövsümü üçün hazırlığını baş məşqçi Samir Abasovun rəhbərliyi altında gündə iki dəfə olmaqla davam etdirir. Komandamız təlim-məşq toplanışının 1-ci mərhələsi dövründə növbəti yoxlama oyununu keçirib. "Sumqayıt" FK "Zirə" ilə 0:0 hesablı heç-heçə edib.

Qeyd edək ki, komandamız ilk yoxlama oyununda "Şuşa-Qarabağ"ı minimal hesabla üstələmişdi.