15/12/2011

“Sumqayıt Şəhər” “Bakı” ilə qarşılaşıb


Unibank Premyer Liqasının XVII turu çərçivəsində “Sumqayıt Şəhər” “Bakı” FK təlim-məşq bazasında “Bakı” ilə qarşılaşıb. Meydan sahiblərinin hücumçusu Maris Verpakovskisin 55-ci dəqiqəsində vurduğu qol oyunda yeganə olub.

Bakı – Sumqayıt Şəhər 1:0
Qol: M.Verpakovski, 55 (1:0).

Hakimlər: Vüsal Əliyev, Nahid Əliyev, İsgəndər Əliyev, Alik Yunusov.

Bernhard Raab (“Sumqayıt Şəhər”in baş məşqçisi): “Bu gün pis təsir bağışlamadıq, yaxşı oynadıq. İkinci hissədə bir neçə qol imkanlarımız olsa da, istifadə edə bilmədik. Əvəzetmələrdən sonra oyunumuz dəyişdi. Bərabər oyun keçdi. Rəqibi təbrik edir və uğurlar arzulayıram”.

Aleksandrs Starkovs (“Bakı”nın baş məşqçisi): “Maraqlı oyun alındı. Əsasən də ikinci hissədə açıq oyun getdi. Heyətdə ciddi itkilərimiz olsa da, heç də pis oynamadıq. Kifayət qədər qol imkanları yarada bildik. Futbolçularım “Sumqayıt Şəhər” kimi özündən söz etdirməyi bacaran komandaya qalib gəldilər. Onlar ötən tur “Kəpəz” kimi komandanı məğlub etmişdilər”.