23/05/2016

"Sumqayıt" FK-nın əvəzediciləri mükafatlandırılıb


Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında 2015/2016-cı illər mövsümündə bürünc medalın sahibi “Sumqayıt” Futbol Klubu mükafatlandırılıb. Rövşən Babayevin rəhbərlik etdiyi komanda medallarına qovuşub.

Qeyd edək ki, "Sumqayıt" Futbol Klubunun əvəzediciləri cari mövsümdə keçirdiyi 36 oyunun 18 qələbə, 9 heç-heçə və 9 məğlubiyyətə imza atıb. Bu oyunlarda komandamız 69 qol vurub və qapısından 42 top buraxıb.