20/05/2016

"Sumqayıt" FK son turda "Neftçi" üzərində əzmkar qələbə qazanıb


"Sumqayıt" - "Neftçi" 2:1
20 may 2016. Saat 19:00. “Kapital Bank Arena”, 1350 tamaşaçı
Baş hakim: Rauf Cabbarov
Baş hakimin köməkçiləri: Nahid Əliyev, Cavanşir Yusifov
Dördüncü hakim: Ramil Əhmədov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Xaqani Məmmədov
Sarı vərəqələr: Rasim Ramaldanov, 56 (rəqibi tutduğuna görə); Ağabala Ramazanov, 71 (hakimi aldatmağa cəhd); Nicat Muxtarov, 72 (rəqibi tutduğuna görə); Murad Ağayev, 76 (rəqibi tutduğuna görə); Səlahət Ağayev, 82 (hakim qərarına etiraz) // Salas Quinta Antonio, 9 (qeyri-idman hərəkəti); Rahil Məmmədov, 43 (perspektivli hücumun qarşısını kəsdiyinə görə); Jairo Filyo Rodriges, 62 (qeyri-idman hərəkəti)
Qollar: Vaqif Cavadov, 18; Amil Yunanov, 64 // Araz Abdullayev, 14
Artırılan vaxt: I hissədə - yoxdur.; II hissədə 4 dəq.

“Sumqayıt”
1. Səlahət Ağayev
2. Slavik Alxasov
3. Vurğun Hüseynov (k)
7. Pərdis Fərcad-Azad
(29. Amil Yunanov, 46)
8. Nicat Muxtarov
13. Murad Ağayev
24. Amit Quluzadə
25. Ayaz Mehdiyev
55. Ağabala Ramazanov
70. Vaqif Cavadov
(97. Xəyal Nəcəfov, 90+1)
99. Rasim Ramaldanov

Ehtiyat oyunçular:
94. Tərlan Əhmədli
5. Cəmil Hacıyev
6. Mikayıl Rəhimov
27. İsmayıl Babayev

Baş məşqçi: Samir Abasov

“Neftçi”
1. Aqil Məmmədov
3. Jairo Filyo Rodriges
4. Rahil Məmmədov
7. Araz Abdullayev (k)
8. Elşən Abdullayev
11. Ruslan Qurbanov
(10. Cavid İmamverdiyev, 75)
17. Rəhman Hacıyev
19. Fəhmin Muradbəyli
20. Salas Quinta Antonio
(9. Nikolas Kanales, 68)
27. Məqsəd İsayev
(6. Aylton Silva, 62)
95. Elvin Bədəlov

Ehtiyat oyunçular:
53. Maksim Vaylo
14. Məhəmməd Qurbanov
26. Kamal Qurbanov
5. Xuan Alberto Alvarado

Baş məşqçi: Vəli Qasımov

Topaz Premyer Liqasında 2015/2016 mövsümü başa çatıb. Son turda "Sumqayıt" Futbol Klubu "Neftçi"ni qəbul edib. Komandamız oyun ərzində hesabda geri düşsə də, əzmkar oyun nümayiş etdirərək qələbə qazanıb.

Samir Abasov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Bu görüşə olduqca ciddi hazırlaşmışdıq. "Neftçi" son turlarda uğurlu seriya yaxalamışdı. Oyundan öncə futbolçularıma demişdim ki, bu matçı nə rəhbərlik, nə turnir cədvəli üçün oynamırıq. Yalnız azarkeşlər üçün oynayırdıq ki, onları sevindirək və gələn mövsüm bizə ümid yaradaq. Sevinirik ki, çempionatı major notda bitirə bildik".