19/05/2016

"Sumqayıt" FK-nın əvəzediciləri mövsümü 3-cü pillədə başa vurdu


Əvəzedicilərin çempionatında 2015/2016 mövsümünün son oyunu keçirilib. "Sumqayıt" Futbol Klubunun əvəzediciləri "Kapital Bank Arena"da "Neftçi"yə 1:2 hesabı ilə məğlub olub. Bununla, Rövşən Babayevin rəhbərlik etdiyi komandamız 2015/16 mövsümünü 3-cü pillədə başa vurub və bürünc medallara sahib çıxıb.

Qeyd edək ki, "Sumqayıt" Futbol Klubunun əvəzediciləri cari mövsümdə keçirdiyi 36 oyunun 18 qələbə, 9 heç-heçə və 9 məğlubiyyətə imza atıb. Bu oyunlarda komandamız 69 qol vurub və qapısından 42 top buraxıb.