17/05/2016

"Sumqayıt" FK-nın akademiyasında seleksiya xarakterli məşqlər keçirilir


Xəbər verdiyimiz kimi, yeni mövsüm üçün hazırlıqlara artıq indidən start verən "Sumqayıt" Futbol Klubunun akademiyası seleksiya xarakterli təlim-məşq toplanışları keçirir. Toplanışa cəlb olunan futbolçular ilkin olaraq Sumqayıt məktəblərini əhatə etməkdədir. Bu gün "Kapital Bank Arena"da seleksiya toplanışının birinci mərhələsi baş tutub. İki növbə üzrə davam edən toplanışda ümumilikdə 250 məktəbli iştirak edib.

Bu məqsədlə 8-15 yaş arası yeniyetmələr özlərini sınamaq məqsədi ilə mayın 19 və 21-də də "Kapital Bank Arena"ya təşrif buyura bilər. Məşqlər saat 09:00-dan 11:00-dək və 16:00-dan 18:00-dək olacaq.