16/05/2016

"Sumqayıt" FK "Xəzər Lənkəran"ı səfərdə məğlubiyyətə uğradıb


"Xəzər Lənkəran" - "Sumqayıt" 1:2
15 may 2016. Saat 18:00. “Xəzər Lənkəran” mərkəzi stadionu, 200 tamaşaçı
Baş hakim: İnqilab Məmmədov
Baş hakimin köməkçiləri: Vüqar Bayramov, Vüsal Qənbərov
Dördüncü hakim: Nail Nağıyev
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Gülağa Cabarov
Sarı vərəqələr: Orxan Səfiyaroğlu, 55 (hakim qərarına etiraz) // Bəxtiyar Həsənalızadə, 34 (qeyri-idman hərəkəti); Vaqif Cavadov, 81 (oyunun bərpasını ləngitdiyinə görə); Rasim Ramaldanov, 90+4 (hakim qərarına etiraz)
Qollar: Tural Qürbətov, 34 (p.) // Vaqif Cavadov, 65; Amil Yunanov, 80
Artırılan vaxt: I hissədə 2 dəq.; II hissədə 4 dəq.

“Xəzər Lənkəran”
1. Orxan Sadıqlı
4. Ruslan Cəfərov
6. Asif Mirili
7. Orxan Səfiyaroğlu
8. Vüqar Bəybalayev
9. Bayram Budaqov
10. Tural Qürbətov
16. İbrahim Qədirzadə
18. Tural Cəlilov (k)
32. Zaman Mirzəzadə
35. Elfad Baləhmədov

Ehtiyat oyunçular:
25. Tərlan Qasımzadə
12. İlyas Səfərzadə
41. Hüseyn Xəlilzadə
66. Kənan Həsənov
86. Xaqani Sadıqov
99. Mahsun Qəmbərli

Baş məşqçi: Ağadadaş Həmidov

“Sumqayıt”
1. Səlahət Ağayev
2. Slavik Alxasov
3. Vurğun Hüseynov (k)
8. Nicat Muxtarov
(7. Pərdis Fərcad-Azad, 50)
13. Murad Ağayev
(97. Xəyal Nəcəfov, 46)
14. Bəxtiyar Həsənalızadə
24. Amit Quluzadə
25. Ayaz Mehdiyev
29. Amil Yunanov
(99. Rasim Ramaldanov, 84)
55. Ağabala Ramazanov
70. Vaqif Cavadov

Ehtiyat oyunçular: 
94. Tərlan Əhmədli
5. Cəmil Hacıyev
6. Mikayıl Rəhimov
27. İsmayıl Babayev

Baş məşqçi: Samir Abasov

Topaz Premyer Liqasında 35-ci turun oyunları keçirilib. "Sumqayıt" Futbol Klubu səfərdə "Xəzər Lənkəran"ı məğlubiyyətə uğradaraq 36-cı xalını qazanıb.

Samir Abasov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Qalib gəlmək üçün burada idik. Bu qələbə bizə çox vacib idi. "Sumqayıt" FK yarandığı ildən bu yana tarixində ən çox xalı yığdı. Ən azından öz fanatlarımza bu sevinci bəxş edə bildik. Düzdü, bu, avrokuboklara getməyimiz üçün yetərli deyil. Gərgin oyun oldu. Uşaqlara halal olsun. "Xəzər Lənkəran"ın bu duruma düşməsini heç kim istəmir. İnşallah, əvvəlki komandanı yenidən görərik".