13/05/2016

"Sumqayıt" FK-nın akademiyasında seleksiya xarakterli məşqlər olacaq


Yeni mövsüm üçün hazırlıqlara artıq indidən start verən "Sumqayıt" Futbol Klubunun akademiyası seleksiya xarakterli təlim-məşq toplanışları keçirəcək. Toplanışa cəlb olunacaq futbolçular ilkin olaraq Sumqayıt məktəblərini əhatə edəcək. Belə ki, 8-15 yaş arası yeniyetmələr özlərini sınamaq məqsədi ilə mayın 17,19 və 21-də "Kapital Bank Arena"ya təşrif buyura bilər. Məşqlər saat 09:00-dan 11:00-dək və 16:00-dan 18:00-dək olacaq.